Skip links

Expo 2020 – Dubayı ziyarət etmək üçün 5 səbəb

Yəqin ki, Expo 2020 Dubai-nin nə olduğu ilə maraqlanırsınız. Bu, əslində Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda keçirilən ilk ümumdünya miqyaslı sərgisidir! “Fikirləri birləşdir – gələcəyi birləşdir” şüarı altında Dubay Expo ənənəsini davam etdirərək – qonaqlara əməkdaşlıq, innovasiya və əyləncəni yaşatmağı hədəfləyib! MANARCH studionun üzvü Əhməd Namazlı bu ilin ilk səyahətini Dubaya edərək, sizinlə EXPO 2020-ni ziyarət etmək üçün 5 əsas səbəbi paylaşmağa tələsir! 1. Dünyanı bir ünvanda səyahət et! 200-dən çox iştirakçının qatılacağı festivalda 191 millət təmsil olunur bu isə 100-dən çox pavilion deməkdir. Hər ölkə innovativliklə yanaşı öz mədəniyyətindən bir hissəni paylşamağı məqsədləyir, bu isə vəhdəttə multi-mədəni mühiti qabardır. Hər bir ölkə pavilyonu heç vaxt unuda bilməyəcəyiniz unikal təcrübə təqdim edir! Sərginin “Davamlılıq” adlı bölgəsində Amazon tropik meşələrinin rekreasiyası ilə gəzib süni şəlalər altından keçmək üçün Braziliya pavilionunu mütləq ziyarət edin. Visitors wade through water in Expo Dubai 2020's Brazilian Pavilion   2. Robotlar!  Expo 2020 Dubayda robotlar var! Əlavə nəsə deməyə ehtiyac var? Expo-nun robotları ilə qarşılıqlı əlaqədə olduğunuz zaman özünüzü elmi fantastika filmində hiss edirsiniz! 150-dən çox müasir robotlar ziyarətçiləri istiqamətləndirməyə, yemək və içkilər çatdırmağa, həmçinin sizin üçün Instagram-lıq kadrlar çəkməyə hazırdır!

Leave a comment