Skip links

“Bakı Xanlar bağı” layihəsi üçün müsahibə

“Bakı Xanlar bağı” MANARCH memarlıq studiosu tərəfindən 2017-ci ildə layihələnmişdir. Şirkətin qurucusu İlqar Manafsoy bu layihə barədə bizə daha ətraflı məlumat verdi: “Bildiyiniz kimi, İçərişəhər ərazisindəki arxeoloji qazıntılar uzun müddətdir davam edir. 2015-ci ildə peydə olan Hamam qalıqları, həmin arxeoloji işlərin nəticəsidir. Bərpa işinə Avstriyanın Atelier Erich Pummer GmbH şirkətinin mütəxəssisləri, abadlıq-layihələndirmə üçün isə MANARCH studiosu cəlb edilmişdir. Hamamın içində memari bərpa ilə yanaşı genişləndirilmiş reallıq texnologiyalarından da istifadə olunacaq. İkincisi üçün bu sahədə lider olan Belçika Alfavision şirkətinin mütəxəssisləri cəlb edildi. Bərpa işinin miqyası və hamamı qalanın təsirli hissəsinin dominant xüsusiyyəti kimi qəbul etməsindən ruhlanan İçərişəhər rəhbərliyi, 7500 kvadrat metr açıq şəhər sahəsi olan hamama bitişik ərazini də abadlaşan sahəyə daxil edib.”

Leave a comment